Müştərilər “KargoFly” karqo şirkətindən imtina edir

Dərc edildi: 10 İyn 2022 / Alarli

“KargoFly” karqo şirkətinin fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Adının çəkilməsini istəməyən şəxs bildirib ki, 21041423452 müştəri kodu ilə 15 noyabr 2021-ci ildə Türkiyədən əlcək və qış üst geyimi-“jaket” sifariş versə də, əlcək bu yaxınlarda taykeş gətirilib, üst geyimi isə hələ də gətirilməyib.  

“Rupor” xəbər verir ki, şikayətçinin dostlarının da başına belə iş gəlib: “Həmin şirkətə dəfələrlə müraciət etsəm də, müxtəlif bəhanələr gətirirlər. Artıq o şirkətin xidmətindən imtina etmişik, mən və dostlarım başqa şirkətlə əlaqə qururuq. Onlar hər sualımıza dərhal cavab verir, işlərinə məsuliyyətli yanaşırlar. İnsanlara bizim aqibətimizi yaşamamaq üçün ehtiyatlı olmalarını, bu şirkətin xidmətindən yararlanmamağı tövsiyə edirik”.

“KargoFly” karqo şirkəti ilə əlaqə saxlayan əməkdaşımıza özünü şirkətin məsul şəxsi kimi təqdim edən, ancaq vəzifəsini və soyadını söyləməyən Murad müəllim
bildirib ki, sifarişin düzgün çatdırılmaması vasitəçi şirkətin yox, mağazanın səhvidir: “Karqo şirkətinin mağazanın göndərdiyi paketi açıb baxmaxa icazəsi yoxdur. Bunun üçün müştərinin razılığı olmalıdır. Eyni vaxtda sifariş edilən müxtəlif mallar ölkəyə bir paketdə daxil olur. Bizim həmin bağlamanı açmağa ixtiyarımız olmadığı üçün hansı malın gəlib-gəlmədiyini, yaxud necə gəldiyini müəyyənləşdirə bilmirik”. 

Şikayətçinin şirkətə dəfələrlə müraciət etməsinə baxmayaraq, problemin hələ də həll olunmamasının, “jaket”in isə hələ də müştəriyə çatdırılmamasınən səbəbinə aydınlıq gətirməyən “KargoFly” karqo şirkətinin rəsmisi həmin müştəri ilə əlaqə saxlayaraq problemi həll etməyə çalışacağını deyib.

Yazı Rupor.az saytında dərc olunub (Mənbədən oxu)

Nəcməddin Quluzadə

Bir şərh yazın